Deratizasiya -gəmiricilərlə mübarizə

Açıq obyektlərdə gəmiricilərə monitorinq

Açıq obyektlərdə gəmiricilərə monitorinq dəliklərin, qabaran yerlərin, izlərin və s. əyani olaraq müəyyən olunması ilə aparılır. Dəliyin həqiqətən gəmiriciyə məxsus olduğunu müəyyən etmək üçün dəliyin ağzı torpaqla örtülür. Əgər 1-2 gün ərzində dəliyin ağzı yenidən açılarsa, bu orada gəmiricilərin yaşadığını göstərir

Açıq obyektlərdə gəmiricilərə qarşı mübarizə

Açıq obyektlərdə deratizasiya “STORM” and “Rodimur” vasitəsilə aparılır. Siçovul dəlikləri üçün 2 “STORM” briketi və 20-25 qram “Rodimur” preparatı istifadə olunur. Siçan dəlikləri üçün 1 “STORM” briketi və 10-15 qram “Rodimur” preparatı istifadə olunur. Ümumi nəticənin müəyyən olunması üçün dəliklər 5-8 gündən sonar yenidən yoxlanılır. Tələb olunarsa, detarizasiya təkrarən aparılır. Preparat bütün dəliklərə qoyulur.

Qapalı ərazilərdə gəmiricilərə monitorinq

Qapalı ərazilərdə gəmiricilərə monitorinq əyani olaraq və xüsusi qutular vasitəsilə aparılır. Əyani olaraq gəmiricilərin yaşaya biləcəyi dəliklər və çatlar müəyyən olunur. Qabaran yerlərdən əlavə, gəmiricilərin zərər verə biləcəyi qida məhsulları və avadanlıqlar müəyyən edilir.

Gəmiricilərlə mübarizə üçün xüsusi qutular dəliklərdə, səkilərdə, döşəmənin divarlarla birləşmə yerlərində yerləşdirilir. Monitorinq qutularında 2 “STORM” briketi və 20-25 qram «Famarin” preparatı yerləşdirilir. 2-3 gündən sonra qutu yenidən yoxlanılacaq. Əgər preparatın gəmiricilər tərəfindən yeyildiyi aşkarlansa qutuya yenidən doldurulacaq. Monitorinq nəticələri xüsusi cədvəldə (cədvəl əlavə olunur) qeyd olunur.