Dezinseksiya -həşəratlarla mübarizə ( qanadlı və qanadsız )
Açıq obyektlərdə həşəratlara monitorinq
Açıq obyektlərdə dezinseksiya tədbirləri uçan həşəratlara (ağcaqanad, milçək) və həmçinin uçmayan həşərətlara (qarışqa, tarakan) qarşı həyata keçirilir. Açıq obyektlərdə monitorinq əyani olaraq həyata keçirilir.
Açıq ərazilərdə həşəratlara qarşı mübarizə
Həşərat növünün və obyektdə infeksiyaya həssaslıq faizi müəyyən olunduqdan sonra münasib preparat seçilir. Açıq obyektlərdə “Arrivo” və “Briban” (bu preparatlar tünd iyə malikdirlər) kimi preparatlardan istifadə olunur. Hər iki preparat “PulsFOG”-dan istifadə etməklə püskürdülür. Xarici divarlar, qapı çərçivələri, pəncərələr və bitkilər “Arrivo” preparatı ilə dezinseksiya olunur. “Briban” preparatı 60 °С dərəcəyə qızdırıldıqdan sonra “PulsFOG” aparatı vasitəsilə konteynerlərin altına, çatlara və yaxın ərazidəki dəliklərə vurulur və digər aparatlar vasitəsilə uzaqdan həşəratlarım çoxala biləcəyi zibil qutularına, tozlu konteynerlərə və digər obyektlərə vurulur.
Qapalı ərazilərdə həşəratlara monitorinq
Qapalı ərazilərdə uçan həşəratlara monitorinq killer aparatının vasitəsilə aparılır. Həşərat növündən və infeksiyaya həssaslıq dərəcəsindən asılı olaraq sanitariya-epidemik səviyyə müəyyən edilir. Həssaslıq dərəcəsi müəyyən edildiyi halda və xidməti binanın nahar otağında digər uçan həşəratlardan 2-3 milçək, 3-5 ağcaqanadın müşahidə edilməsi yol verilməzdir və qabaqcadan nəzərdə tutulmamış dezinseksiya ölçmələri həyata keçirilir.
Monitorinqin nəticələri xüsusi həftəlik cədvəldə qeyd edilir.
Killer aparatı olmadıqda qapalı ərazilərdə uçan həşəratlara monitorinq əyani olaraq və işçiləri sorğu-sual etməklə aparılır.
Qapalı ərazilərdə həşəratlara qarşı mübarizə
Qapalı ərazilərdə həşəratlara qarşı dizenseksiya tədbirləri kəskin iyə malik olmayan preparatlar vasitəsilə aparılır. Hal-hazırda yuxarıda qeyd edilən “Empire” preparatından istifadə olunur. “Empire” iysiz effektiv preparat olmaqla yanaşı heç bir iz buraxmaması ilə seçilir. “Empire” “Avtomaks” vasitəsilə həşəratların gizlənə biləcəyi döşəmə, pəncərə, divar kənarlarına (avadanlıqların, soyuducunun arxasına və qapalı ərazilərə) püskürdülür.
İşlərin aparılması hesabat formasında qeyd edilir, sifarişçi və icraçı tərəfindən təsdiqlənir (forma əlavə olunur).
İş şərtləri
Müvafiq monitorinqdən sonra dezinseksiya və deratizasiya tədbirləri adətən axşam vaxtları açıq sahələrdə aparılır. Bu obyektin iş prosesinə mane olmur və eləcə də işçinin günəş şüaları tərəfindən hissəciklərə çevrilmiş məhlulla təmasa girməsinin qarşısını alır. Rodentisidlər axşam vaxtları istifadə olunur, çünki bu vaxtlar gəmiricilərin fəaliyyəti dahada aktivləşir və bu halda digər heyvanlar (ev heyvanları, quşlar) yalançı qidadan istifadə etməyəcəklər.
Açıq ərazilərdə dezinseksiya və deratizasiya prosesləri zamanı küləyin sürəti və istiqaməti, havanın rütübətliliyi və digər hallar nəzərə alınır.
Qapalı ərazilərdə dezinseksiya və deratizasiya prosessləri sifarişçi ilə razılaşdırlımış vaxtlarda həyata keçirilir.
Vaxt əsasən iş gününün sonuna təyin olunur və sifarişçinin nümayəndəsi ilə birgə keçirilir. Bununla, növbəti iş gününün başlanğıcına qədər məhlulun tam təsirini gözləmək və sifarişçinin nümayəndələrinin təhlükəsizliyini təmin etmək mümkündür.
Dezinseksiya və deratizasiya prosesləri sifarişçinin nümayəndəsinin və “RPC” LLC-nin ixtisaslı nümayəndəsinin iştirakı ilə keçirilir və xüsusi hesabat forması qeyd olunur.
Qapalı və açıq iş ərazisində görülə bilən yerlərdə “kimyəvi maddələrdən istifadə olunub” xəbərdarlıq lövhələri qoyulur və sifarişçinin səlahiyyətli nümayəndəsi bu barədə məlumatlandırılır.