İnsanların içtimai və ətraf mühitin ekoloji sağlamlığı günümüzün ən aktual problemlərdəndir . “RPC-Co” şirkəti müasir sağlam cəmiyyət həyatında mühüm əhəmiyyət kəsb edən bir fəaliyyət sahəsi ilə məşğuldur və 18 il öncə, 2003-cü ildə təsis olunmuşdur.

Şirkət dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparmaq məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən 006580 saylı rəsmi lisenziyanı almışdır. 17 mart 2009-cu ildə isə “RPC-Co” şirkətinə 026534 nömrəli lisenziya verilmişdir. 04 İyul 2016-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 089813 nömrəli yeni lisenziya verilmişdir

“RPC-Co” səmərəli fəaliyyət üçün ixtisaslı epidemioloqlardan, entomoloqlardan, baytar həkimlərindən, herpetologlardan və texniklərdən ibarət səriştəli personala malikdir. Peşəkar mütəxəssislər həşərat və gəmiricilərə qarşı mübarizəni , habelə, ilanlara və sahibsiz heyvanlara ( Itlər , pişiklər ) nəzarət və profilaktik dezinfeksiya xidmətlərini effektif surətdə həyata keçirirlər.

Şirkət personalı öz fəaliyyətində yalnız elmi cəhətdən təsdiqlənmiş proqramlara əsaslanır, müasir avadanlıqlardan və ekoloji təmiz kimyəvi maddələrdən istifadə edir.