İnsanların içtimai və ətraf mühitin ekoloji sağlamlığı günümüzün ən aktual problemlərdəndir . “RPC-Co” şirkəti müasir sağlam cəmiyyət həyatında mühüm əhəmiyyət kəsb edən bir fəaliyyət sahəsi ilə məşğuldur və 2003-cü ildə təsis olunmuşdur.
Şirkət dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyindən 04.07.2016 -ci tarixində N089813saylı rəsmi lisenziyanı almışdır. Biz həmçinin FQC Pest Control Services EN 16636:20105-i irəli sürmüşük.
“RPC-Co” səmərəli fəaliyyət üçün ixtisaslı epidemioloqlardan, entomoloqlardan, baytar həkimlərindən, herpetologlardan və texniklərdən ibarət səriştəli personala malikdir. Peşəkar mütəxəssislər həşərat və gəmiricilərə qarşı mübarizəni , habelə, ilanlara və sahibsiz heyvanlara ( Itlər , pişiklər ) nəzarət və profilaktik dezinfeksiya xidmətlərini effektif surətdə həyata keçirirlər.
Şirkət personalı öz fəaliyyətində yalnız elmi cəhətdən təsdiqlənmiş proqramlara əsaslanır, müasir avadanlıqlardan və ekoloji təmiz kimyəvi maddələrdən istifadə edir.