Ətraf mühit faktorları olaraq, həşərat və gəmiricilər insanların sağlamlığına ciddi təsir göstərirlər.

Əsrlər boyu həşərat və gəmiricilər insanların kütləvi qırğınına səbəb olan taun, tülyaremiya və malyariya kimi epidemiyaların baş qaldırmasının əsas mənbəyi və daşıyıcıları olmuşlar.

Həşərat və gəmiricilər xalq təsərrüfatına da ciddi ziyan vururlar. Onlar, habelə qida məhsullarını yararsız hala salırlar. Ev, bina, antik əşya və muzey eksponatlarına və s. zədəyirlər.

Üzərində parazitlər olan müxtəlif növ gəmiricilər insanları 50-dən çox xüsusi təhlükəli yoluxucu xəstəliklə yoluxdura bilirlər. Bundan əlavə, gəmiricilər kənd təsərrüfatına ciddi iqtisadi ziyan vururlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlara görə, gəmircilər hər il 33 milyon ton taxıl ehtiyatını məhv edirlər. Yeri gəlmişkən təəsüflə qeyd etməliyik ki, bu rəqəm ildən ilə artmaqdadır.

Bütün bunları nəzərə alaraq, “RPC-Co” öz missiyasını çox məsul bir sahədə – ictimai sağlamlığı, ətraf mühitin təhlükəsizliyini daha qətiyyətlə və ardıcıl olaraq təmin etməkdə görür.